Ayılar jurnalistlere daş atdı
21 İyul 2013 Bazar 13:36
Hücumu nəticəsində hadisə yerindən uzaqlaşan jurnalistlərin avtomobillərinə ziyan dəyib.
Türkiyənin Şimali İraqla sərhəddində, Hakkari vilayətinin Çukurca rayonunda jurnalistlər ayıların hücumuna məruz qalıb. “İhlas” agentliyi (İHA) bildirir ki, xəbər üçün rayonun 10 kilometrliyindəki Dutluca məhəlləsinə gedən İHA müxbirləri burdan qayıdanda 3 ayı ilə rastlaşıblar. Avtomobildən düşərək ayıların şəkillərini çəkməyə çalışan jurnalistlər heyvanların daşlı hücumuna məruz qalıblar. Ayıların hücumu nəticəsində hadisə yerindən uzaqlaşan jurnalistlərin avtomobillərinə ziyan dəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar