Ayı polis idarəsini ayağa qaldırdı
31 Dekabr 2009 Cümə Axşamı 18:55
Binadakılar evokuasiya edildikdən sonra onun sadəcə oyuncaq olduğu məlum olub
ABŞ -ın Oreqon ştatında qəribə hadisə baş verib. Belə ki, Olban şəhərində yerləşən polis məntəqəsinin əməkdaşları işə gələrkən qapının ağzında plüş ayısı görüblər.
Polislər qapıdakı oyuncaq ayının bomba ola biləcəyindən ehtiyatlanıblar.
Onlar binadakı işçiləri evokuasiya etmək və hadisə yerinə istehkamçı çağırmaq məcburiyyətində qalıblar.
Yalnız rentgendən sonra məlum olub ki, oyuncağın içində təhlükəli bir şey olmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: