Ayətullah Sistani Türkiyə din rəsmisini Kərbəlaya dəvət etdi
29 Dekabr 2011 Cümə Axşamı 06:18
Ayətullah Sistani sünni və şiələr arasındakı gərginliyin aradan qaldırılması üçün bu ziyarətə çox əhəmiyyət verir.
İraqlı şiə din adamı Ayətullah Seyyid Əli Sistani Türkiyənin rəsmi din qurumunun sədri professor Mehmet Görməzi müqəddəs Kərbəla şəhidlərinin 40 mərasiminə dəvət edib. Nəcəf şəhərində keçirilən və milyonlarla müsəlmanın iştirak etdiyi mərasimdə Görmez Sitani ilə birlikdə əzadarları salamlayacaq və burda çıxış da edəcək. Mehmet Görmezin bu mərasimlərdən sonra İmam Əli (ƏS) məscidini də ziyarət etrməsi gözlənilir.
Bundan başqa Ayətullah Sistani Diyanətin sədrinə təkbətək görüşmək istədiyini də çatdırıb. Məlumata görə, Seyyid Əli Sistani Görmezlə son vaxtlar İraqda sünni və şiələr arasında çoxalan gərginlik və müsəlmanları maraqlandıran digər regional məsələlər barədə fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, Mehmet Görmez bu dəvətə hələlik cavab verməyib. Bu dəvəti qəbuıl edəcəyi təqdirdə Türkiyə din rəsmisinin 15 yanvarda Nəcəfdə olması gözlənilir.
Seyyid Əli Sistaninin isə sünni və şiələr arasındakı gərginliyin aradan qaldırılması üçün bu ziyarətə çox əhəmiyyət verdiyi bildirilir. Qeyd edək ki, Ayətullah Əli Sistanin qəbul etdiyi qərarlar bəzən rəsmi Bağdad və rəsmi Tehranla ziddiyyət təşkil edir.
DOSTLARINLA PAYLAŞ: