Ayetullah Eli Xameneyi: ABŞ-a güvenmirik
05 Oktyabr 2013 Şənbə 15:44
İranın ali dini lideri ABŞ prezidenti Barak Obama ilə Həsən Ruhani arasındakı telefon danışığına münasibət bildirib.
İranın ali dini lideri Ayətullah Əli Xameneyi ABŞ prezidenti Barak Obama ilə Həsən Ruhani arasındakı telefon danışığına münasibət bildirib. ANS PRESS-in İran mətbuatına istinadən məlumatına görə, ali dini lider hökümətin qərb ölkələri ilə bağlı siyasətini dəstəklədiyini bildirib.
Bununla belə Xameneyi ABŞ-a güvənmədiyini bir daha səsləndirib: "Hökumətin siyasətini və prezidentin Nyu-Yorkda qoyduğu mövqeyini dəstəkləyirik. Əlbəttə həmin səfərdə yaşanan bəzi hadisələr bizə görə uyğunsuzdur. Ancaq əziz hökümətimizin diplomatiya siyasətindən son dərəcə ümidliyik. ABŞ-ın mövqeyindənsə pessimistik. ABŞ hökuməti, etibarsız, özünü üstün görən və verdiyi sözə əməl etməyəndir".
ABŞ-a heç bir şəkildə güvənmədiklərini söyləyən Xameneyi "çünki, ABŞ sionistlər tərəfindən idarə olunur", - deyə bildirib.
DOSTLARINLA PAYLAŞ: