Əliəkbər Həşimi Rəfsancaninin prezidentliyə namizədliyi qeydə alınıb.
Keçmiş İran prezidenti Əliəkbər Həşimi Rəfsancani və İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Səid Cəlilinin prezidentliyə namizədlikləri qeydə alınıb. Ümumilikdə 5 gün ərzində 686 nəfər iddiaçının ərizə verdiyi bildirilir və şənbə günü buna qoyulmuş vaxt sona yetib. Namizədlərin yekun siyahısı 10 gün ərzində - İran İnqilab Şurasının araşdırması əsasında bəlli olacaq.
İslahatlar tərəfdarı olan Rəfsancani ali dini lider Ayətulla Xamneyiyə yaxın olan mühafizəkar dairə üçün ciddi maneə ola bilər.
İranda növbəti prezident seçkisi iyunun 14-də keçiriləcək.