İran İslam Respublikasının dini lideri Ayətulla Əli Xamneyi ölkə prezidenti Mahmud Əhmədinejada birinci vitse-prezident Rəhim Maşaini istefaya göndərmək əmri verib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, İran dövlət televiziyası Xamneyinin Əhmədinejada müraciətindən sitat gətirərək məlumat verib ki, ali dini lider "prezidentin bu təyinatı ləğv etmək lazımdır" ifadəsini işlədib.
Sənəddə qeyd olunur ki, Maşainin mühüm vəzifəyə təyinatının nə Əhmədinejada, nə də onun hökumətinə faydası yoxdur. /ANS PRESS/