Ayetulla Eli Xameneyi xeberdarlıq etdi
05 İyun 2013 Çərşənbə 07:04
Xəbərdarlıq prezidentliyə namizəd olan şəxslərə ünvanlanıb.
İranın ali dini lideri Ayətulla Əli Xameneyi prezidentliyə namizədlərə xəbərdarlıq edib. Konkret olaraq o, onlara Qərbi razı salmaq üçün ona hesab verməkdən çəkinməyə çağırıb.

"Düşmənin qəzəbini azaltmaq üçün onlara hesab verməli olduğumuzu düşünməklə yanlış mülahizələr yolunu tutanlar əslində öz şəxsi maraqlarını İran xalqının maraqları ilə qarşı-qarşıya qoyublar. Bu, yanlışdır", - deyə Ayətulla Əli Xameneyi belə deyib.

İranın ali dini liderinin bu bəyanatı bəzi namizədlərin İranın başqa ölkələrlə münasibətlərini yaxşılaşdırmağa çalışacaqlarını bəyan etdikdən sonra səslənib. Qeyd edək ki, Ayətulla Əli Xameneyinin xarici məsələlər üzrə müşaviri və prezidentliyə namizəd Əli Əkbər Vilayəti İranın yüksək işsizlik səviyyəsi və inflyasiya ilə yanaşı, bir sıra məsələləri həll etmək üçün dünya ölkələri ilə əlaqələri yaxşılaşdırmalı olduğunu demişdi.

Ali dini lider Ayətulla Əli Xameneyi iyunun 14-də keçiriləcək prezident seçkilərində 8 namizəddən hər hansı birini dəstəkləmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar