Ayda olan astronavt oğurluqda ittiham olunur
03 İyul 2011 Bazar 05:25
NASA keçmiş əməkdaşından məhkəməyə şikayət edib.
NASA keçmiş əməkdaşı, 1971-ci ildə “Apollon-14” ekspedisiyasının tərkibində Ayda olmuş astronavt Edqar Mitçelldən məhkəməyə şikayət edib. İddiaçı bildirib ki, Edqar Mitçell əfsanəvi uçuş zamanı videokameralardan birinin qanunsuz mənimsəyib və Londondakı “Bonhams” auksionunda satmağa cəhd edib.
İddia ərizəsi Cənubi Floridanın dairə məhkəməsinə təqdim edilib. NASA kameranın satışına qadağa qoyulmasını, kosmik cihazın geri qaytarılmasını və onun üzərində eksklüziv hüquqlarının tanınmasını tələb edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: