Ayaqyolu inadı hind qadına 10 000 dollar qazandırdı
15 Fevral 2012 Çərşənbə 06:30
Hindistanlı qadın evdə ayaqyolu olmadığı üçün 2 gündür gəlin köçdüyü ər evini tərk edib
Hindistanın Madhya Pradeş əyaləti kiçik bir kəndinin sakini olan qadın evdə ayaqyolu olmadığı üçün 2 gündür gəlin köçdüyü ər evini tərk edib. BBC-nin yaydığı məlumata görə, Anita Narre adlı gəlinin bu addımından sonra fəhlə olan əri Şivram yığmış olduğu pulla və qonşuların dəstəyi ilə ayaqyolu tikib. Narre ancaq ayaqyolu hazır olduğunda – 8 gün sonra evə qayıdıb.
Qeyd edək ki, daha əvvəl Şivram imkanı olmadığı üçün ayaqyolu tikdirmədiyini desə də, Anita Nerra, “qadınların bu ehtiyaclarını bayırda qarşılamaları doğru deyil!” – deyərək ərinin bəhanəsini qəbul etməmişdi.
Ölkədəki qeyri hökumət təşkilatlarından biri isə cəsur və kəndliləri sövq edici hərəkətinə və ərini ayaqyolu tikdirməyə məcbur etməsinə görə Narreyə 10 000 dollar mükafat verəcəyini deyib.
Xatırladaq ki, Hindistanda hələ də yarım milyarddan çox insan əsas gigiyenik təmizlikdən məhrum bir həyat yaşayır. Ölkədə böyük problem olmuş bu vəziyyət ən çox qadınlara mənfi təsir göstərir.
DOSTLARINLA PAYLAŞ: