Türkiyə prezidenti Abdullah Gül Afrika səfərində çəkdirdiyi foto-şəkilləri “Twitter” səhifəsinə yerləşdirib
Türkiyənin prezidenti Abdullah Gül son Afrika səfərində çəkdirdiyi foto-şəkilləri sosial şəbəkə saytı “Twitter” səhifəsinə yerləşdirib. Şəkillərdən birində Abdullah Gül ayaqyalın, qalstuksuz qanalı bir balıqçı ilə söhbət edərkən çəkilib. Prezident Gül həmçinin “Twitter” səhifəsinə Afrikanın Qana və Qabon ölkələrinə səfəri barədə məlumatlar da yerləşdirib:
“Dünən Qana və Qabon səfərindən qayıtdıq. Qana və Qabon son illər aparılan Afrikaaçılımı çərçivəsində ziyarət etdiyim iki ölkədir.
Regionda olan bir çox ölkədən fərqli olaraq hər iki ölkədə də sabitlik hökm sürür.
Qanada mütəmadi və tətbiq edilən demokratik bir sistem var. Qabonda isə demokratik ənənələr yeni-yeni təşəkkül edir və bu istiqamətdə Türkiyəni təqib edirlər.
Hər iki ölkədə də bir çox sahədə potensial əməkdaşlıq imkanı var. Birlikdə getdiyimiz iş adamları əhəmiyyətli razılaşmalarla qayıdıblar.
İnvestorlarımız bu qonaqpərvər torpaqlarda çox iş görə bilərlər. Təbii ki, hər Afrika səfərində olduğu kimi bu dəfə də bu yerləri niyə uzun müddətdir diqqətdən kənar saxladığımızı fikirləşdim”.