Ayaq altına çıxan döş ucu
20 İyul 2011 Çərşənbə 03:39
Alimlər bunun tib dünyasında ilk olduğunu hesab edir.
İngiltərədə tibb dünyasını şoka salan qeyri-adi hadisə baş verib. Məlumata görə, 22 yaşlı bir qadının ayaq dabanına “döş ucu” çıxıb. İnsanların 5 faizində üçüncü “döş ucu” hadisəsinin baş verdiyini deyən alimlər bunun adətən bədənin üst tərəflərində görüldüyünü vurğulayıblar. Bu səbəblə də alimlər bu hadisənin tib dünyasında ilk olduğunu bildiriblər. Bunun anadangəlmə olduğunu bildirən həkimlər üçüncü “döş ucu”nun hər hansı bir ağrı və narahatlıq yaratmmadığını deyiblər.
Qeyd edək ki, pop ulduzu Lili Allenin də sol döşünün altında üçüncü “döş ucu” var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: