Avtoritet "Ded Xasan"ın yaxın adamı Dubayda tutulub
03 Fevral 2010 Çərşənbə 20:10
Vaqon ləqəbli avtoritet ad gününü həbsdə keçirməli olacaq
Birləşmiş Ərəb Əmirlikləri polisinin Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının iştirakı ilə həyata keçirdiyi əməliyyat nəticəsində Dubayda məşhur “qanuni oğru” ələ keçib. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs məşhur avtoritet Ded Xasanın dəstəsinə daxildir.

“Dünən Dubayda Vaqon ləqəbli “qanuni oğru” tutulub. Saxlanılan şəxs Nijni Novqorod sakinidir, yeddi dəfə mühakimə olunub. Sonuncu dəfə o, 1998-ci ildə həbsdə olub”, - deyə mənbədən bildiriblər.

Məlumata görə, Vaqon 2009-cu ilin martından adam öldürməyə cəhddə ittiham olunaraq axtarışa verilib.

“Bu gün doğum günü olan Vaqon Rusiyanın nüfuzlu avtoriteti Ded Xasanın yaxın adamdır”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Xatırladaq ki, o Taylanddan qayıdan kimi yaxalanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar