Avtobus uçuruma düşüb, ölənlər var
05 Aprel 2010 Bazar Ertəsi 09:30
Kolumbiyada dəhşətli yol qəzası baş verib
Kolumbiyanın şimal-qərbində sərnişin avtobusunun 100 metr dərinliyində olan uçuruma düşməsi nəticəsində ən azı 17 nəfər ölüb, daha 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yerli mətbuatın məlumatına görə, hadisə paytaxt Boqotanın 180 kilometrliyində qeydə alınıb.

Ölkənin fövqəladə hallar üzrə regional xidmətinin nümayəndəsi Pablo Puertanın sözlərinə görə, qəza bazar günü axşam San-Luis yaşayış məntəqəsi yaxınlığından keçən Medelin-Boqota trassından baş verib. Onun sözlərinə görə, avtobus idarəni itirib və 100 metr dərinliyində olan dərəyə düşüb. O bildirib ki, hadisə yerindən 17 nəfərin cəsədi tapılıb və onların əksəriyyəti gənc insanlardır.

"Zərərçəkənlərin sayı arta bilər. Belə ki, 25 nəfər üçün nəzərdə tutulmuş kiçik avtobusda biletsiz sərnişinlər ola bilər", - deyə o qeyd edib.

Hazırda polis trassda hərəkəti dayandırıb, axtarış-xilasetmə işləri aparılır.

Rəsmi məlumatlara görə, hər il Kolumbiyada yol qəzaları nəticəsində 5 mindən çox insan həlak olur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar