Avtobus su kanalına düşdü
20 Mart 2012 Çərşənbə Axşamı 17:07
Hindistanda su kanalına düşən məktəbli avtobusu 14 uşağın həyatına son qoyub.
Hindistanın Kxammam şəhərində su kanalına düşən məktəbli avtobusu ən azı 14 uşağın həyatına son qoyub. Hindistanın NDTV telekanalının internet saytında yerləşdirilən məlumata görə, daha 18 uşaq müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Avtobusda “LV Reddy” məktəbinin 40 nəfər şagirdi olub. Belə ki, nəqliyyat vasitəsinin su kanalına düşməsinə isə sürücünün velosipedçi ilə toqquşmamaq üçün yoldan çıxması səbəb olub.
Xatırladaq ki, bu günlərdə İsveçrədə də belçikalı şagirdləri daşıyan avtobus qar uçqunu altında qalmışdı. Nəticədə 28 nəfər vəfat edib. Onlardan 22 nəfəri isə uşaq olub. 24 uşaq isə müxtəlif ağırlıqlı xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
DOSTLARINLA PAYLAŞ: