Avstriyalı publisist azadlıqdan məhrum edilib
28 Aprel 2009 Çərşənbə Axşamı 07:45
Radikal sağçı, Holokostu inkar etməkdə təqsirləndirilib

Avstriya məhkəməsi radikal sağçı publisist Gerd Honsiki ğeş il müddətinə azadlıqdan məhrum edib. ANS PRESS, «Reuters» agentliyinə istinadən xəbər verir ki, publisist, Holokostu inkar etməkdə təqsirləndirilib.
Gerd Honsikin 67 yaşı var. O, özünü müqəssir bilməyib və bəyan edib ki, aplellyasiya şirkayəti verəcək. Qeyd edək ki, radikal sağçı publisist 1992-ci ildə də eyni maddə ilə mühakimə olunsa da, İspaniyaya qaçıb və 2007-ci ildə Avstriyaya eksradisiya edilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar