Avstriya sülhməramlıları Holan yüksəkliyini tərk etdi
01 Avqust 2013 Cümə Axşamı 05:48
Suriyada vətəndaş müharibəsinin şiddətlənməsi Avstriya batalyonunun həmin ərazidə mandatı üzrə fəaliyyət göstərməsini mümkünsüz edib.
Suriya-İsrail sərhəddindəki Holan yüksəkliyində xidmət göstərən sonuncu Avstriya sülhməramlıları missiyanı başa vuraraq vətənlərinə geri dönüblər. Trend-in məlumatına görə, Avstriyanın müdafiə naziri Qerald Kluq mətbuata verdiyi açıqlamada bildirib ki, son dövrlərdə Suriyada vətəndaş müharibəsinin şiddətlənməsi Avstriya batalyonunun həmin ərazidə mandatı üzrə fəaliyyət göstərməsini mümkünsüz edib.
Məlumatda deyilir ki, BMT-nin müvafiq strukturları ilə razılaşdırıldıqdan sonra bu qurumun mandatı çərçivəsində 1974-cü ildən Holanda xidmət edən Avstriya batalyonunun ərazidən çıxarılmasına başlanılıb.
Nazir buna əsas səbəb kimi regiondakı mövcud vəziyyətin artıq sülhməramlıların öz mandatları üzrə missiyanı davam etdirməyə icazə vermədiyini göstərib.
Qeyd edək ki, 39 illik dövr ərzində Holan yüksəkliyində ümumilikdə 29 min Avstriya sülhməramlısı hərbi xidmət göstərib, onlarda 27 nəfəri xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
DOSTLARINLA PAYLAŞ: