Avstriya da ruslara "hə" dedi
25 Aprel 2010 Bazar 17:40
Avstriyanın "Cənub axını" layihəsində iştirakı rəsmiləşir.
Avstriyanın "Cənub axını" layihəsində iştirakı rəsmiləşir. Bu gün rəsmi Vyana ilə "Qazprom", "Eni" və "Elektrik de Frans" şirkətləri arasında yeni ixrac dəhlizinin yaradılması haqqında müqavilə imzalanacaq. Bununla Avstriya Ukraynadan yan keçən kəmərin inşasına razılıq verən sonuncu ölkə olacaq.

Müqavilə Avstriya-Slovakiya sərhəddində qazpaylayıcı stansiyaların və anbarların birləşdirilməsi üçün hüquqi baza rolunu oynayacaq.

Qeyd edək ki, "Cənub axını"na qoşulmaqla Avstriya bütün Avropanın əsas tranzit mərkəzi olacaq və ixrac olunan "mavi yanacağın" 40 milyard kubmetri bu ölkənin ərazisindən keçəcək. Proqnozlara görə, "Cənub axını" layihəsi ilə Avropaya 63 milyard kubmetr qaz çatdırılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar