Avstraliyanın Melbrun şəhəri su altında qalıb
07 Mart 2010 Bazar 15:10
Hadisə fasiləsiz yağan tropik yağışları nəticəsində baş verib.
Avstraliyada yağan tropik yağışları Melbrun şəhərinin su altında qalmasına səbəb olub. Ölkənin Meteorologiya Xidmətindən verilən məlumata görə, siklon yağışları növbəti bir neçə gün ərzində də yağmaqda davam edəcək.
Güclü küləklə müşayiət olunan leysan yağışları evlərin və dəmir yolu vağzalının dam örtüyünü yerindən qoparıb. Evlərin və mağazaların birinci mərtəbələri su altında qalıb.
Güclü külək ağacları, elektrik və rabitə dirəklərini də kökündən çıxarıb. Bu səbəbdən də bəzi rayonlarda eletrik verilməsində fasilələr yaranıb. Fəlakətlə bağlı olaraq məktəblərdə tətil elan edilib.
Normadan artıq yağan leysan yağışlarının infrastruktura və kənd təsərrüfatına ciddi ziyan vurduğu bildirilir. Fermerlər öz heyvanlarını təbii fəlakət zonasından köçürməyə başlayıblar. Leysan yağışları avtomobil yollarında da, bütün nəqliyyatın işini iflic edib. Havanın dumanlı olması daxali və beynəlxalq hava reyslərinin təxirə salınmasına gətirib çıxarıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: