Avstraliyanı zəhərli hörümçəklər basıb
22 Yanvar 2010 Cümə 21:10
Zəhərli hörümçəklərin sancdığı insan iki saat ərzində ölür.
Avstraliyanın Sidney şəhərində yaşayanları hörümçək qorxusu bürüyüb. Deyilənə görə, Huni-ağ adlı bu hörümçəklər Avstraliyanın timsahları və köpək balıqlarından da təhlükəlidir. Belə ki, bu həşəratın sancdığı insan zəhərin təsirindən iki saat içərisində ölür.

Mütəxəssislər insanları şəhəri huni-ağ hörümçəkləri bürüməsi və vəziyyətin təhlükəli olması barədə xəbərdar edib. Onların bildirdiyinə görə, bu həşaratlar dünyanın ən zəhərli hörümçəkləridir.

Mütəxəssislərin rəyinə görə, erkək hörümçəklərin zəhəri dişilərə nisbətən daha təhlükəlidir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar