Avstraliyada ilk dəfə bir müsəlman parlament seçkisinin qalibi oldu
23 Avqust 2010 Bazar Ertəsi 03:55
Parlament seçkilərində baş vermiş və ilk olmaq xüsusiyyəti daşıyan daha bir hadisə 20 yaşlı şəxsin millət vəkili seçilməsidir.
Avstraliyada keçirilən parlament seçkilərinin nəticələrinə görə, ilk dəfə müsəlam namizəd bu ölkədə parlamentə daxil olub. ANS PRESS “Zaman” qəzetinə istinadən xəbər verir ki, bu, “Fəhlə” partiyasının Sidneydən namizədi bosniyalı Ed Husiçdir.

Avstraliya parlament seçkilərində baş vermiş və ilk olmaq xüsusiyyəti daşıyan daha bir hadisə 20 yaşlı şəxsin millət vəkili seçilməsidir. Hazırda tələbə olan Vyat Roy mühafizəkar partiyadan seçilərək ən cavan millət vəkili olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar