Аvstraliyada deputatlığa namizədİslamı ölkə sayıb
08 Avqust 2013 Cümə Axşamı 22:36
Iki uşaq anası olan 27 yaşlı qadının yəhudilərlə də bağlı problemi olub.
Avstraliyada millətçi «One Nation» partiyasından deputatlığa namizəd Stefani Banister yerli telekanala müsahibəsi zamanı İslamı ölkə adlandırıb. "Mən bir ölkə kimi İslamın əleyhinə deyiləm, amma sanıram ki, onun qanunları burada Avstraliyada mövcud olmamalıdır", - deyə Banister bildirib. ANS PRESS «The Voice of Australia»ya istinadən bildirir ki, iki uşaq anası olan 27 yaşlı qadın yalnız İslamla bağlı çaşmayıb, onun yəhudilərlə də bağlı problemi olub.

O, koşer mətbəxin əleyhinə olmadığın desə də, dinin adını düz ifadə etməyib. «Yəhudilər harama riayət eləməsələr də, onların öz dini var və Məsih İsaya tapınırlar». O, halal məhsullar əleyhinə kampaniyanın da fəal iştirakçısı olub və hər dəfə də öz savadsızlığı ilə mətbuatı heyrətə salıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar