Avstraliyada daşqınlar 250 mindən çox insanı işıqsız qoyub
28 Yanvar 2013 Bazar Ertəsi 13:26
Kvinslend ştatının bir neçə şəhərinə ciddi ziyan dəyib.
Avstraliyanın Kvinslend ştatı daşqından özünə gəlməmiş, yeni daşqınlarla üzləşib. “Osvald” tropik qasırğasının səbəb olduğu daşqın ştatın şimalında yüzlərlə evin su altında qalmasına, 250 mindən çox evin də işıqsız qalmasına səbəb olub. 3 nəfərin də daşqın və tornado qurbanı olduğu bildirilir. Xilasedicilər evlərin damına çıxmış sakinləri helikopterlə xilas ediblər. Kvinslend ştatının bir neçə şəhərinə ciddi ziyan dəyib.