Avstraliya parlamentində qondarma erməni soyqırımı məsələsi qaldırılıb
23 Fevral 2013 Şənbə 08:40
Avstraliya Federal Parlamentinin üzvü Con Aleksandr parlamentdə erməni icması haqda danışıb.
Avstraliya parlamentində qondarma erməni soyqırımı məsələsi qaldırılıb. ANS PRESS-in məlumatına görə, Avstraliya Federal Parlamentinin üzvü Con Aleksandr parlamentdə erməni icması haqda çıxış edib.

O çıxışı zamanı qondarma erməni soyqırımından təsirləndiyi bildirib. Avstraliyalı deputat nitqində Avstraliyada uzun müddət xidmət göstərmiş erməniləri də xatırlayıb və onlarla qürur duyduğunu deyib.

Avstraliyanın erməni milli konqressinin icraçı direktoru Vaçe Kaqramanyan avstraliyalı deputat Con Aleksandrın bu çıxışını yüksək qiymətləndirib. O, Avstraliya parlamentinin deputatına ermənilərə hər zaman dəstək olduğuna görə minnətdarlığını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar