Avstraliya kişi qıtlığı ile qarşılaşıb
12 Fevral 2014 Çərşənbə 09:41
Avstraliya kişi qıtlığı ile qarşılaşıb. Böyük şeherlerde qadınlar eşqlerini tapmaq üçün başqa şeherlere getmek, ölkeni terk etmek mecburiyyetinde qalıb.
Meşhur aktrisaların, supermodellerin veteni olan Avstraliyada kişi qıtlığı yaşanıb.
ANS PRESS-in melumatına göre, Avstraliyanın böyük şeherlerinde qadınlar eşqlerini tapmaq üçün başqa şeherlere getmek, ölkeni terk etmek mecburiyyetinde qalıb.
"MakKrindl" adlı araşdırma şirketinin açıqlamasında bildirilir ki, ölkenin 8 ştatının 6-da qadın ehalisi kişilerden 100 min çoxdur.
Araşdırma doğulan qız körpelerinin oğlanlarla müqayisede süretle artdığını göstererek, son iki ildir 20-35 yaş arası qadınların kişi tapmaqda çetinlik çekdiyini ortaya çıxarıb.
Ölkede en çox kişi qıtlığının Tasmaniya ve Viktoria ştatlarında hiss olunduğu vurğulanıb.
Hemçinin, avstraliyalı kişilerin az olması ile yanaşı, iş tapmaq üçün başqa ölkelere getmeleri de qadınların er tapmaqda işlerini daha da çetinleşdirir.
Qeyd edek ki, Avstraliyalı aktrisa Nikol Kidman, müğenni Kayli Minoq ve supermodel Miranda Kerr kimi meşhur gözelleri ile tanınır.
DOSTLARINLA PAYLAŞ: