Avstraliya hiddetlenib
22 İyul 2013 Bazar Ertəsi 08:18
Deyəsən hökümətin başı tamamilə xarab olub.
ABŞ ordusun təlimlər zamanı milli qoruq sularına bomba buraxması Avstraliyalılar tərəfindən qəzəblə qarşılanıb. ABŞ-a məxsus Bonhom Riçard təyyarədaşıyıcı hərbi donanmasından havaya qalxan 2 hərbi təyyarə, şənbə günü hərbi manevlərin qaydasında keçməsi səbəbindən Dünyanın İrs siyahısında olan Böyük Sədd Rifi dəniz qoruğuna 4 təsirsiz və partlayıcı bomba buraxıb. Avstraliyanın yaşıllar partiyasının sözçüsü, senator Larissa Voters, ekoloji cəhətdən belə həssas zonaya partlayıcı hissələrin buraxılmasını (ABŞ ordusu tərəfindən ) çox çirkin bir hərəkət kimi qiymətləndirib, və bunun yolverilməz olduğunu deyib.

Sinxron – Larisa Voters - Avstraliyanın Yaşıllar partiyasından olan senator
“Bizimkilər ABŞ ordusuna İrs Siyahısında olan Böyük Sədd Rifinə bomba buraxmağa icazə verib. Deyəsən hökümətin başı tamamilə xarab olub. İrs siyahısını qorumaq hara, bu hərəkət hara. Xarici qüvvənin ölkəndə bomba buraxmasına yol vermək nə dərəcədə düzgündür axı?”

ABŞ ordusunun 7-ci Flotiliyasının bəyanatında bildirilir ki, mumilikdə 1.8 ton çəkisində olan 4 bomba sualtı mərcan qayalarına dəyə biləcək ziyanı minimuma çatdırmaq üçün bombaları rifdən 50 metr aralıda suya buraxıb. Bombalardan heç birinin partlamadığı bildirilir. Məlumata əsasən, birgə təlimlərə cəlb olunan 31-ci dəniz ekspedisiya hissəsinin qırıcıları plan üzrə bombaları Taunşend adasına buaxmalı olsa da, hədəf zonasının təhlükəsizləşdirilməməsi səbəbilə, missiya təxirə salınıb. Yanacaq çatışmazlığı ilə üzləşmiş və bomba ilə geri qayıda bilməyən pilotlar göyərtədə olan ağır yükü buraxmaq məcburiyyətində qalıb. Fövqaladə vəziyyət Talisman qılıncı adlıAvstraliya ABŞ birgə hərbi təlimlərinin 2-ci günündə baş verib. 3 həftəyə yaxın davam edəcək birgə hərbi manevrlərə hər iki ölkədən 28 minlik şəxsi heyətin cəlb olunduğu bildirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar