Avrozonada işsizlik rekord həddə çatdı
09 Yanvar 2013 Çərşənbə 01:35
Vahid Avropa valyutası ölkələrində cəmi bir ay ərzində daha 113 min nəfər işini itirib
Avrozona ölkələrində ötən ilin noyabrında 11,8 faizə çatıb. ANS PRESS-in “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bu rəqəm oktyabrdakı 11,7 faizlik rekordu üstələyib.
Vahid Avropa valyutası ölkələrində cəmi bir ay ərzində daha 113 min nəfər işini itirib, işsizlərin sayı 18,8 milyon nəfəri ötüb. Bu məlumatı Eurostat statistika xidməti açıqlayıb.
Əmək bazarında ən bir vəziyyət Yunanıstan və İspaniyada yaranıb. Böhran üzündən hər dördüncü əmək qabiliyyətli vətəndaş iş yeri tapa bilmir. İspaniyada işsizlik 26,6 faizə çatıb. Sentyabra olan məlumata görə, Yunanıstanda bu rəqəm 26 faiz təşkil edirdi.
Ən aşağı işsizlik həddi Avstriyada qeydə alınıb - 4,5 faiz. Lüksemburq (5,1 faiz) və Almaniyada (5,4 faiz) da vəziyyət nisbətən qənaətbəxşdir.
Avrozonada işsizlik səviyyəsinin artmasına baxmayaraq, ümumilikdə Avropa Birliyində bu göstərici dəyişməyib (10,7 faiz). Noyabrda Avropa Birliyində yaşayan təxminən 26 milyon adam iş axtarıb.
DOSTLARINLA PAYLAŞ: