Avropanın ən yüksək Etna vulkanı fəallaşdı
26 Oktyabr 2013 Şənbə 22:27
Vulkana baxmaq həvəsi bölgəyə turist axınına səbəb oldu.
İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı bu günün ilk saatlarından fəallaşıb. ANS PRESS İtaliya mətbuatına istinadən bildirir ki, püskürmə Avropanın ən yüksək vulkanının cənub-şərq kraterində olub. Kül buludu indiyə kimi Taormina, Kataniya və Sirakuza şəhərlərindən görünür.
Şəhərlərə turist axını başlayıb. Kataniyanın 5 kilometrliyində yerləşən Fontanarossa hava limanı adi qaydada işini davam etdirir. Amma onun iki uçuş-eniş zolağını bağlayıblar. Dünəndən Etnanın şimal yamacında da yer titrəməsi müşahidə edilir. Etnanın cənuğ-şərq krateri axırıncı dəfə 27 apreldə «oyanmışdı».
DOSTLARINLA PAYLAŞ: