Avropanın ən ucuz supermarketləri
20 Noyabr 2009 Cümə 05:35
Avropanın ən ucuz supermarketləri. Qərbi Avropa ölkələrində xalq tələbatı mallarının qiymətləri qarşılaşdırılıb.
Böyük Britaniyanın supermarketləri Qərbi Avropada ən ucuz ticarət obyektləridir. Bu nəticəyə Almaniya, İspaniya, İtaliya, Birləşmiş Krallıqlar və Fransada əsas xalq tələbatı mallarının qiymət fərqini öyrənən araşdırmaçılar gəliblər. Araşdırma zamanı 15 “brend” məhsulunun bir illik ehtiyatının qiymətləri qarşılaşdırılıb. Nəticələr isə gözlənilməz olub və Britaniya mağazalarındakı bahalıq stereotipini şübhə altında qoyub.
Böyük Britaniyada araşdırılan səbət 552 funt sterlinqə (919 dollar) La-Manşın digər tərəfində istehlakçı buna 1149 dollar xərcləməli olub. Almaniya vətəndaşları isə bu tələbat mallarına qismən az 1139 dollar vəsait tələb olunur. İspaniya (1241 dollar) və İtaliya (1309 dollar) isə Qərbi Avropada daha bahalı supermarketləri ilə tanınır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar