Avropanın ən az içki içən xalqı müəyyən edildi
13 May 2014 Çərşənbə Axşamı 23:46
Sıranın liderləri keçmiş sovet respublikalarıdır.
Türklər Avropanın ən az içki içən millətidir. ANS PRESS-in məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (WHO) yaydığı hesabatda açıqlanıb.

Hesabata görə, Türkiyədə adambaşına ildə 2,2 litr, Azərbaycanda isə 2,3 litr içki içilir. Aşağıdan üçüncü yerdə İsrail gəlir və yəhudilərin adambaşına ildə 2,8 litr içki içdiyi bildirilir.

Sıranın liderləri isə keçmiş sovet respublikalarıdır. Avropanın ən çox içki içən ölkəsi Belarusdur (adambaşına 17,5 litr). Daha sonra Moldova (16,8 litr), Litva (15,4 litr) və Rusiya (15,1 litr) gəlir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar