Avropanın 12 milyardlıq narahatlığı
08 Avqust 2014 Cümə 10:29
Ukrayna barədə sanksiyalara cavab olaraq Rusiya Aİ, ABŞ və bəzi digər Qərb ölkələrindən qida məhsullarının idxalına "tam embarqo" qoyur.
Ukrayna barədə sanksiyalara cavab olaraq Rusiya Aİ, ABŞ və bəzi digər Qərb ölkələrindən qida məhsullarının idxalına "tam embarqo" qoyur. Baş nazir Dmitri Medvedyev deyib ki, embarqoya meyvə, tərəvəz, ət, balıq və süd məhsulları daxil olacaq.

ANS PRESS-in məlumatına görə, embarqo Avstraliya, Kanada və Norveçə də şamil olunacaq. Bu qadağalarla əlaqədar artıq Avropa Birliyi ölkələrindən narahatlıq siqnalları gəlir. Belə ki, söhbət 12 milyardlıq ziyandan gedir.

Bundan əlavə Rusiya həmçinin Ukrayna hava nəqliyyat şirkətlərinin Rusiya ərazisindən keçməyinə qadağa qoyur, cənab Medvedyev deyib.

Onun sözlərinə görə, hökumət həmçinin Aİ və ABŞ hava nəqliyyat şirkətlərinin tranzit uçuşlarına qadağan qoyulmasını nəzərdən keçirir.

Təyyarələrə Sibir hava məkanından keçməyə icazə verməmək uçuşların qiymətini kəskin artıracaq və Asiyaya gedən bir çox reyslərin uçuş vaxtını uzadacaq.

Mart ayında Krımı ilhaq edəndən sonra sanksiyalara məruz qalan Rusiya şərqi Ukraynada silahlı üsyanı dəstəkləməkdə ittiham olunub.

Qeyd edək ki, sanksiyalardan qazanan tərəflər də var. Belə ki, Rusiya yeritdiyi sanksiyaları görə ehtiyaclarını Türkiyədə daxil olmaqla “neytral” ölkələr hesabına ödəməyə çalışacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar