Avropanı qadınlar idarə edəcək?
16 Noyabr 2009 Bazar Ertəsi 21:55
Zərif cinsin nümayəndələri yüksək vəzifələrə göz dikib
Avropada qadınlar yüksək vəzifələrə göz dikiblər. Vəzifə sahibi olan üç qadın Avropa İttifaqının prezidenti vəzifəsinə xanımların seçilməsini məqsədəuyğun sayır. Onlar bu məqsədlə hətta Qərb kütləvi informasiya vasitələrində açıq məktubla çıxış edib.

Qeyd edək ki, Aİ-nın sədr müavini Marqot Valstrem, rəqabət üzrə Avropa komissarı Neli Krus və Avropa parlamentinin sədr müavini Diana Uolis Aİ-nin sədri (prezidenti), daxili siyasət və təhlükəsizlik üzrə komissarı vəzifəsinə qadınların seçilməsi tələbi ilə çıxış edib.

Bu iki vəzifədən birinə Latviyanın sabiq prezidenti Vayra Vika-Freyberinin namizədliyi irəli sürülüb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar