Avropada rus mafiyası ilə mübarizə
15 Mart 2010 Bazar Ertəsi 17:10
Avropada rus mafiyası ilə mübarizə gedir. İspaniyada Rusiya, Gürcüstan və Ermənistan vətəndaşları həbs edilib.
Martın 15-də bir sıra Avropa ölkələrində “rus mafiyası” ilə mübarizə tədbirləri çərçivəsində həbslərə start verilib. Bu barədə məlumatı “İnterfax” yayıb. Qərbdə “rus mafiyası” adı altında əsasən postsovet məkanı ölkələrindən olan cinayətkar dəstələrin üzvləri nəzərdə tutulur.

İspaniyanın “El Pais” qəzetinin yazdığına görə, 24-ü İspaniyada olmaqla indiyə qədər 69 nəfər həbs edilib. Saxlanılan şəxslər isə əsasən Rusiya, Gürcüstan və Ermənistan vətəndaşlarıdır. İspaniya ərazisində təqribən 4 ildir fəaliyyət göstərən dəstə üzvləri çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, silah qaçaqmalçılığı, korrupsiya, həmçinin sui-qəsdlərdə təqsirli bilinirlər.

İspaniya ilə yanaşı Almaniya, Avstriya, İsveçrə və İtaliyada da “rus mafiyası” ilə əlaqəsi ehtimal olunan şəxslərin həbsi davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar