Avropada avtomobil satışları azalıb
17 Noyabr 2012 Şənbə 21:16
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası Avrozonada maşın satışlarının sayını açıqlayıb.
Bu ilin oktyabr ayında Avropada minik avtomobillərinin satışı 4.8 faiz azalıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) bildirib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 959 412 ədəd avtomobil təşkil edib.
Belə ki, bu müddət ərzində Almaniyada illik göstəriciyə görə, avtomobil satışları 0.5 faiz, Böyük Britaniyada 12.1 faiz artıb. Ancaq İtaliyada bu rəqəm 12.4 faiz, İspaniyada 21.7 faiz, Fransada isə 7.8 faiz azalıb.
Ümumlikdə bu ilin yanvar-oktyabr aylarında Avrozonada avtomobil satışları 7.3 faiz azalıb. Belə ki, oktyabr ayında “Volkswagen” (“Audi”, “Volkswagen”, “SEAT”, “Skoda”) konserninin satışları 1.6 faiz artaraq 244 595 avtomobil təşkil edib. “PSA Peugeot Citroen” konserninin satışları 5.1 faiz azalaraq 118 143 ədəd avtomobil olub.
“Ford” konserninin satışları 8.3 faiz azalaraq 72 330 ədəd avtomobil olub. ABŞ-ın nəhəng “General Motors” (“Opel”, “Chevrolet”, “Vauxhall”) zavodunun satışları da 14.3 faiz azalaraq 68 481 avtomobil təşkil edib.
“Renault” (“Renault”, “Dacia”) 10 ay ərzində satışlarını 21.6 faiz azaldaraq 84 783 ədəd avtomobil satıb. İtaliyanın “Fiat” (“Fiat”, “Alfa-Romeo”, “Lancia”) konserni 63 256 ədəd avtomobil sataraq satışlarında 5,6 faiz geriləyib.
Azərbaycanda sevilən Almaniyanın BMW (BMW, MINI) avtomobilləri də mənfi göstərici ilə yadda qalıb. Şirkət 61 107 avtomobil satıb ki, bu da ötən illə müqayisədə 1,7 faiz azalma deməkdir. Ölkəmizdə sevilən digər alman markası olan “Daimler” (“Mercedes-Benz”, “Smart”) konserni bu müddət ərzində 51 330 ədəd avtomobil satıb ki, bu ötən illə müqayisədə 2,7 faiz çoxdur.
“Volvo Car Corp” korporasiyası da bu il uğurla işləyən şirkətlər arasındadır. Belə ki, şirkət on ay ərzində 19 220 avtomobil sataraq satışlarını 2,5 faiz artırıb. Yaponiyanın “Toyota Group” (“Toyota”, “Lexus”) konserni 38 442 ədəd avtomobil sataraq 1,1 faiz satışlarında müsbət nəticə əldə edib. Onun rəqibi olan digər Yaponiya istehsalçısı “Nissan” (“Nissan”, “Infiniti”) isə 32 197 ədəd avtomobil sataraq 0,2 faiz satışını artıra bilib.
“Hyundai” 32 355 ədəd avtomobil sataraq 10,9 faiz satışını artırıb. “Suzuki” avtomobil şirkəti 10 527 ədəd maşın sataraq, satışını ötən illə müqayisədə 13,7 faiz azaldıb. “Mazda”nın satışı 20.8 faiz azalaraq 6 365 ədəd avtomobil təşkil edib.
Bu müddət ərzində “Honda” öz məhsullarının satışını 18.4 faiz azldaraq 9 970 ədəd, “KIA” avtomobillərinin satışını 5.3 faiz azaldaraq 27 107 ədəd, “Mitsubishi” isə 5 281 ədəd avtomobil sataraq satışını 25,8 faiz azaldıb.
Sonda isə bildirək ki, “Jaguar Land Rover” avtomobil markasının da satışları xeyli artıb. Belə ki, bu ilin 10 ayı ərzində bu şirkətin avtomobillərinin satışı 11.9 faiz artaraq 8 656 ədəd təşkil edib.
DOSTLARINLA PAYLAŞ: