Avropa Türkiyədəki hadisələrdən narahatdır
03 İyun 2013 Bazar Ertəsi 08:13
Avropa Birliyi Taksim hadisələri ilə bağlı bəyanat verdi.
Avropa Birliyi Türkiyədə baş verən olaylardan narahat olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu AB-nin təmsilçisi Ketrin Eşton iyunun 3-də yaydığı yazılı bəyanatında vurğulayıb.

"İstanbul və digər şəhərlərdə baş verənlərdən çox narahatıq. Türk polisinin istifadə etdiyi həddən ziyadə gücdən təəssüflənirik", - bəyanatda bildirilir. Avropa Birliyi tərəflər arasında dialoq başlanmasını və problemin daha sivill qaydada həll edilməsinin vacibliyini bəyan edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar