Avropa Şurası Parlament Assambleyasının büro iclası başlayır
13 Dekabr 2009 Bazar 04:00
Avropa Şurası Parlament Assambleyasının büro iclası başlayır. İclasda 1-2 mart İrəvan hadisələri də müzakirə olunacaq.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təşkilatın büro, siyasi işlər və monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 13-dən 18-dək Parisdə səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, iclaslarda Avropada demokratiyanın bu günü, Yaxın Şərqdə, Belarusda, Moldovada vəziyyət, parlament diplomatiyasının təşviqi, Albaniyada, Bosniya-Herseqovinada demokratik təsisatların fəaliyyəti, ekstremizmlə mübarizə, Azərbaycanda ümumi vəziyyət, Ermənistanda 2008-ci il 1-2 mart İrəvan hadisələrinin araşdırılması ilə məşğul olan xüsusi komitənin hesabatı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: