Avropa qaraçıların müdafiəsinə qalxıb
05 Sentyabr 2010 Bazar 02:20
Müxtəlif Avropa şəhərlərindəki Fransa səfirliklərinin qarşısında aksiyalar keçirilib.
Avropanın müxtəlif şəhərlərində Fransa hökumətinin Rumıniya və Bolqarıstandan olan qaraçılara qarşı siyasətinə etiraz əlaməti olaraq aksiyalar keçirilib. Belçika KİV-inin məlumatına görə, belə aksiyalar Fransanın Brüssel, Roma, Madrid, Budapeşt, eləcə də Londondakı səfirlikləri qarşısında baş tutub. Belçika paytaxtında 60-yaxın adam diplomatik nümayəndəliyin qarşısında piket təşkil edib

Xatırladaq ki, iyulun sonunda qaraçılar tərəfində törədilən iğtişaşlardan sonra Fransa prezidenti Kikolya Sarkozi 200-dən çox qaraçı düşərgələrinin bağlandığını bəyan edib. O, Rumıniya və Bolqarıstandan olan qeyri-leqal qaraçı immiqrantların deportasiya ediləcəyini də bildirib. Son bir ay ərzində Fransada 600-dən çox qaraçı qovulub.

Hüquq müdafiəçiləri və müxalifət hesab edir ki, Fransa prezidenti bu yolla öz populyarlığını artırmaq istəyir. Fransa hökumətinin bu siyasətinə AŞ PA, katolik kilsəsi etiraz edib, Avropa Komissiyası isə narahatlığını bildirib. Avropa Parlamentinin sədri və siyasi qrupların liderləri qərara gəliblər ki, sentyabrın 7-də Strasburqdakı plenar iclasda Avropa Birliyi ölkələrindəki qaraçıların vəziyyəti barədə müzakirələr aparılsın. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar