Avropa Birliyinə daxil olan 27 ölkədə seçicilər Avropa parlamentində 736 deputat yerinə namizədlərə səs verib. Seçkinin nəticələri Belçikanın paytaxtı Brüsseldə açıqlanacaq.
Parlament seçkiləri iki gün öncə Birləşmiş Krallıqda və Niderlandda başlayıb, daha sonra isə Fransada və Almaniyada davam etdirilib. Ümumilikdə isə Avropa parlamentinə seçkilərdə birliyə daxil olan ölkələrdən 375 milyon seçicinin iştirak etdiyi bildirilir.
Bu seçkilər çox mühüm əhəmiyyət daşıyır. Ona görə ki, seçkilərin nəticələri qənaətbəxş olarsa Avropa Birliyinin konstitusiyasını əvəz edəcək Lissabon anlaşması qəbul ediləcək və bununla da Birliyin gücü daha da artacaq. /ANS TV/