Avropa ölkəsi Fələstinin müstəqilliyini tanıdı
30 Yanvar 2011 Bazar 19:55
Kipr prezidenti Dimitris Xristofis Fələstin lideri Mahmud Abbasa məktub ünvanlayıb.
Kipr müstəqil Fələstin dövlətini tanıdığını bəyan edib. Bu barədə VAFA agentliyinin yunan Kiprinin prezidenti Dimitris Xristofisin Fələstin lideri Mahmud Abbasa ünvanladığı məktuba istinadən məlumat yayıb. “Ümid edirəm ki, bölgədəki sülh nizamlanması paytaxtı Şərqi Qüdsdə yerləşən müstəqil Fələstin dövlətinin qurulmasına yardım edəcək”, - deyə Xristofisin məktubunda vurğulanıb.

Qeyd edək ki, Kipr Avropa İttifaqının üzvüdür. Bu ölkə Avropa ölkələrinin Fələstin müxtariyyəti ilə əlaqələrinin genişlənməsinə çalışır. Onu da əlavə edək ki, cümə günü Paraqvay hökuməti Fələstini müstəqil dövlət kimi tanıdığını bəyan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar