Avropa ölkələrinə qar yağıb
18 İyul 2009 Şənbə 18:35
Yollarda qarın qalınlığı 15 santimetrə çatır

 

Avstriya və İsveçrədə bir neçə saat ərzində düşən dolu bəzi şimal-qərb rayonlarında qara çevrilib. Yollarda qarın qalınlığının15 santimetrə çatması qar təmizləyən texnikanın yenidən işə düşməsinə səbəb olub. Havanın qəfil şıltaqlığı ilə üzləşən avtomobil sürücüləri isə yolların qarla örtülməsi səbəbindən sürəti azaltmalı olub.

İsveçrədə isə siklon güclü yağışlar gətirib. Leysan torpaq qatını yuduğundan əksər dağ yolları bağlanıb. Şəhərlərdə küçələr su altında qalıb.

Fransanın cənub-qərbində isə qar yağmasa da, çovğun ciddi dağıntılar törədib, ağacları, evlərin dam örtyünü aşırıb. Bir çox yerlərdə elektrik xətləri qırılıb.

Balkan yarımadası isə tam əksinə olaraq şiddətli istilərdən əziyyət çəkir. Bosniya və Hersoqovinada ölkə tarixində ilk dəfə olaraq termometrlər 40 dərəcə istilik qeydə alıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar