Avropa ölkələri öz vətəndaşları barədə ABŞ-a məlumat ötürür
30 İyun 2013 Bazar 08:21
Bu ölkələrin xüsusi xidmət orqanları vətəndaşların internet aktivliyi barədə informasiya verməklə bağlı öhdəlik götürüb.
Avropa İttifaqının (Aİ) ən azı 7 ölkəsinin xüsusi xidmət orqanları öz vətəndaşlarının internet aktivliyi və telefon danışıqları barədə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə informasiya verirlər. RİA Novostinin verdiyi məlumata görə, bunu agentliyin sabiq əməkdaşı Ueyn Medsen "Privacy Surgeon" saytına bildirib.

Medsenin sözlərinə görə, Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland və Danimarkanın ABŞ ilə müvafiq razılaşmasına əsasən, bu ölkələrin xüsusi xidmət orqanları agentliyin sorğusu üzrə öz vətəndaşları haqqında, o cümlədən bu ölkələrin vətəndaşları tərəfindən mobil telefondan istifadə və onların internet aktivliyi barədə informasiya verməklə bağlı öhdəlik götürür.

Bundan əvvəl Böyük Britaniya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlığı barədə məlumat yayılmışdı. Aİ-nin əhalisinin 70 faizi bu 7 ölkənin payına düşür.

O bildirib ki, ABŞ ilə Finlandiya, İsveç və Türkiyənin xüsusi xidmət orqanları da əməkdaşlıq edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar