Avropa ölkələri də Rusiyaya xəbərdarlıq etdi
01 Mart 2014 Şənbə 07:37
Almaniya, Fransa və Polşa Krımdakı gərginliyə görə narahat olduqlarını və Ukraynanın ərazi bütövlüyünün qorunması lazım olduğunu bildiriblər.
Avropa ittifaqının daha 3 ölkəsi Krımdakı gərginliyə görə narahatlıqlarını açıqlayıb.

ANS PRESS-in xəbərinə görə, Almaniya, Fransa və Polşa Krımdakı gərginliyə görə narahat olduqlarını və Ukraynanın ərazi bütövlüyünün qorunması lazım olduğunu bildiriblər.

Almaniya xarici işlər naziri Frank Volter Ştaynmeyer, Fransa xarici işlər naziri Fabius Loren və Polşa xarici işlər naziri Radoslav Sikorski verdikləri ortaq açıqlamada Ukraynanın suverenliyi və ərazi bütövlüyünə toxunulmamalı olduğunu vuğulayıblar.

"Ölkənin şərqindəki gərginliyin azaldılması və tərəflər arasında sülh dialoqunun aparılması üçün addımlar atılmalıdır. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyimizi təkrar bildiririk. Ukraynadakı bütün aktyorları təhlükəli hərəkətlərdən qaçınmalarına çağırırıq" -deyə açıqlamada bildirilib.

Açıqlamada həmçinin müvəqqəti hökumətin sınaq keçdiyi deyilib. Belə ki, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılacağı, korrupsiyaya qarşı mübarizə aparılacağı halda, bütün demokratik dəyərlər öz yerini tapacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar