Avropa Məhkəməsində görünməmiş iddia
04 Mart 2010 Cümə Axşamı 22:05
"Yukos" 98 milyard dollar təzminat istəyir
Avropa İnsan Hüquqları Məhkəməsi korrupsiya və vergidən yayınmaqda təqsirli bilinərək məhkum edilən Mixail Xodorovskinin sahibi olduğu “Yukos” neft şirkətinin iflas etdirilməsi ilə bağlı Rusiya hökumətinə qarşı qaldırılmış iddiaya baxır. Şirkət nümayəndələri rus hökumətinə qarşı 98 milyard dollarlıq təzminat tələbi irəli sürüb.

“Yukos” nümayəndələri hökumətin qeyri-qanuni ittihamlarla şirkəti məhv etdiyini bildirir. Şirkətin keçmiş rəhbərləri təzminat formasında alınacaq vəsaitin isə səhmdarlar arasında bölünəcəyini planlaşdırıb.

8 il həbs cəzasına məhkum edilmiş Xodorovskinin barəsində Rusiyada qaldırılmış başqa bir cinayət işində isə onun 22 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur.

Rusiya hökumətinin ingilis vəkili isə hökumətin müəyyən etdiyi vergi yayınmalarını məcburi qaydada tutmaq hüququ olduğunu bildirirərək şirkətin gəlirlərini az göstərərək vergidən yayındığını bildirib.

“Yukos” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski 25 milyard dollar çirkli pulun yuyulması və mənimsənməsində günahlandırılır. Keçmiş neft maqnatı vergilərdən boyun qaçırmaq və fırıldaqçılıq ittihamları ilə 2005-ci ildən bəri həbsdədir.

İnsan hüquqları müdafiəçilərinin sözlərinə görə, sabiq Rusiya prezidenti Vladimir Putini açıq tənqid edən Xodorkovski Kremlin susdurma kampaniyasının qurbanıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar