Avropa Məhkəməsi Rusiyanı cərimələdi
06 İyul 2011 Çərşənbə 02:21
Avropa Məhkəməsi Rusiyanı cərimələdi. Moskva İnquşetiya sakinlərinə 130 min avrodan çox təzminat ödəməlidir.
Avropa İnsan Haqları Məhkəməsi Rusiya hökumətinin güc strukturlarının əməkdaşları tərəfindən döyülən İnquşetiya sakinlərinə 130 min avrodan çox təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Məhkəməyə iddia ilə İnquşetiya sakinləri - Bekxan Velxiyev və onun mərhum qardaşı Bəşirin aliəsi müraciət edib.

2004-cü ildə hərbi geyimli şəxslər Velxiyev qardaşlarının evində axtarış keçirib, sonra isə Bekxan və Bəşiri dindirməyə aparıb. İddiaçılar bildirirlər ki, axtarış zamanı evdən dəyəri 10 min avrodan çox olan zinət əşyaları götürülüb.

Dindirmə zamanı DİN-in əməkdaşları qardaşlardan bir müddət əvvəl Nazrana hücumla bağlı ifadə verməyi tələb ediblər. Dindirmə elektrik cərəyanının tətbiqi ilə işgəncələrlə müşayiət olunub. Bekxan Velxiyev huşunu itirib, qardaşı Bəşir isə işcəncələr nəticəsində dünyasını dəyişib. Onun meyitinin üzərində çoxsaylı işgəncə izləri aşkarlanıb.

Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə, Rusiya hökuməti Velxiyev qardaşlarına münasibətlə bir neçə əsas insan hüquqlarını pozub, eləcə də baş verənlərin tam araşdırmasını aparmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar