Avropa Məhkəməsi hesabatını açıqladı
28 Yanvar 2011 Cümə 20:00
Ötən il Avropa İnsan Haqları Məhkəməsinə 139 min 650 şikayət daxil olub.
Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildəki fəaliyyətinə dair hesabat açıqlayıb. Məhkəmənin illik hesabatına əsasən hazırda bu instansiyada 139 min 650 iş var. 2009-cu ildə 119 300 iş var idi.

Məhkəməyə daxil olan şikayətlərin sayına görə liderlik yenə Rusiya və Türkiyəyə məxsusdur. AİHM-ə daxil olan şikayətlərin 28,9 faizi Rusiyanın, 10,9 faizi Türkiyənin payına düşür. Qalan şikayətlər digər 45 üzv ölkədən daxil olur.

Məhkəməyə ayrılan büdcə 2009-cu illə müqayisədə dəyişməyib və 57 milyon avro olub. Məhkəmənin fəaliyyətinə sərf olunan vəsait Avropa Şurasının ümumi büdcəsindən ayrılır.

Qeyd edək ki, bu gün Avropa İnsan Haqları Məhkəməsində yeni məhkəmə ilinin rəsmi açılış mərasimi keçirilir. Tədbirə Avropa Şurasına üzv 47 ölkənin məhkəmə və ədliyyə sistemlərinin yüksək səviyyəli nümayəndələri də dəvət olunublar. Azərbaycanı bu tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev təmsil edir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar