Avropa Komissiyası 11 hava yolları şirkətini cəmirələdi
10 Noyabr 2010 Çərşənbə 01:00
Qiymət sövdələşməsinə girən şirkətlər 1 milyard dollara yaxın cərimə ödəməli olacaqlar.
Avropa Komissiyası 11 hava yolları şirkətinin yük daşımaları sahəsində qiymət sövdələşməsinə görə cərimələndiyini açıqlayıb. Qurumun bəyanatında deyilir ki, cərimələnən şirkətlər “Air France-KLM”, “British Airways”, “Air Canada”, “Cathay Pacific”, “Cargolux”, “Japan Airlines”, “LAN Chile”, “SAS”, “Singapore Airlines”, “Qantas” və “Martinair”dir. Ən çox cəriməni “Air France-KLM” ödəməli olacaq- 310,1 milyona avro. Fransa-Hollandiya avimaşirkəti hazırda sahibi olduğu “Martnair”in 25,5 miyln avroluq cəriməsini də ödəməlidir. “British Airways” hava yolları şirkəti isə 104 milyon avro cərimə edilib.
Məlum olub ki, adları çəkilən şirkətlər 1999-2006-cı illərdə yanacaq rüsumları və təhlükəsizlik qiymətləri ilə bağlı sövdələşməyə gediblər, endirim müraciətlərini isə rədd ediblər. Sövdələşmə 2006-cı ilin fevralında “Lufthansa” şirkəti ilə bağlı daxil olan siqnal əsasında Avropa Komissiyasını araşdırmalarından sonra qüvvədən düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: