Avropa İttifaqının yeni Viza Məcəlləsi bu gündən qüvvəyə minir
05 Aprel 2010 Bazar Ertəsi 13:25
Bu gündən Avropa İttifaqının yeni Viza Məcəlləsi qüvvəyə minir. APA-nın məlumatına görə, yeni Viza Məcəlləsi Şengen Vizası almaq prosesində şəffaflıq səviyyəsini artırmağa yönəlib.
Bu qanunlar toplusunun qüvvəyə minməsi ilə bütün səfirliklər üçün eyni qeydiyyat forması tətbiq olunacaq, formanın həcmi isə azaldılacaq. Bu gündən etibarən viza üçün müraciətlərə 10 gün ərzində baxılmalıdır. Səfirlik vətəndaşa viza verməkdən imtina edərsə, bu qərarını əsaslandırmalı və vətəndaşın apellyasiya şikayəti vermək hüququnu tanımalıdır. Avropa İttifaqının bütün ölkələrinə daxil olmaq üçün qısamüddətli vizanın (3 aylıq) qiyməti böyüklər üçün 60 avro, 6-12 yaşlı uşaqlar üçün isə 35 avro təşkil edir. Bundan başqa Şengen vizası verilən zaman polis və immiqrasiya bazasına təkcə foto deyil, viza veriləcək şəxsin əl izləri də daxil edilməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: