Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib
26 Avqust 2011 Cümə 14:50
Filipp Lefort 20 ildən çox təcrübəyə malik fransalı diplomatdır
Avropa İttifaqı Şurası qurumun Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni xüsusi nümayəndəsini təyin edib. Bu barədə bu gün Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Bu. fransalı diplomat Filipp Lefortdur. Onun mandatı bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək və 2012-ci ilin 30 iyun tarixinədək qüvvədə olacaq.
Qeyd edək ki, Filipp Lefort 20 ildən çox təcrübəyə malik diplomatdır. O, 2004-cü ildən 2007-ci ilə qədər Fransanın Gürcüstanda səfiri vəzifəsini daşıyıb, 2007-ci ildən 2010-cu ilə qədər isə Fransanın Rusiyadakı diplomatik nümayəndəliyində sədr müavini olub.
DOSTLARINLA PAYLAŞ: