Avropa Birliyinin fransız diplomatı öldürülüb
06 May 2014 Çərşənbə Axşamı 07:36
Yəmənin paytaxtı Sənada Fransız diplomatlara qarşı təşkil edilən hücumda 1 nəfərin öldüyü, birinin isə yaralandığı bildirilib.
ANS PRESS-in xəbərinə görə, fransız diplomatlar paytaxt Sənanın Həddam bölgəsində şəxsiyyəti naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Fransanın prezidenti Fransua Olland tərəfindən də pislənən hadisədə 1 nəfərin öldüyü, digərinin yaralandığı bildirilir.
Hadisədə ölən və yaralanan diplomatların şəxsiyyəti və tutduğu vəzifələri ilə bağlı əlavə məlumat və rəsmi açıqlama verilməyib.
Təhlükəsizlik tədbirlərinin zəif və zorakılığın çox olduğu Yəməndə tez-tez əcnəbilərə qarşı "adam qaçırma və öldürmə" kimi faktlar qeydə alınır.
DOSTLARINLA PAYLAŞ: