Avropa Birliyinə sədrlik Çexiyadan İsveçə keçir
30 İyun 2009 Çərşənbə Axşamı 11:00
Həll olunmayan bir sıra məsələlər indi İsveçin üzərinə düşür

 

Bu gün Avropa Birliyinə sədrlik rəsmi olaraq Çexiyadan İşveçə keçir. "Vesti.ru"nun verdiyi məlumata görə, bəzi ekspertlər Çexiyanın Avropa Birliyinə sədrlik səlahiyyət müddətinin əziyyətli olduğunu qeyd ediblər. Belə ki, bura həm maliyyə böhranı, həm də Çexiyanın daxilində olan narazılıqlar aiddir.

Çexiyanın sədrliyi dövründə Avropa Birliyində Konstitusiyanı əvəz edəcək Lissabon müqaviləsi uzun müddət müzakirə olundu və Çexiya bu sənədi təsdiq etsədə, prezident onu imzalamayıb.

Avropa Birliyinə sədrliyi zamanı Çexiya Avropanın enerji təhlükəsizliyi və Xorvatiyanın birliyə üzvlük məsələsini əsas prioritet hesab edirdi. Amma bu məsələlər hələ də həll olunmayıb və indi bu məsələləri həlli İsveçin üzərinə düşür. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar