Avropa Birliyi xəbərdarlıq etdi
23 İyun 2010 Çərşənbə 16:05
“Avropa Rusiya ilə Belarus arasındakı qaz mübahisəsinin girovuna çevrilməmlidir”.
Avropanın enerji məsələləri üzrə komissarı Qünter Ottinqer xəbərdarlıq edib ki, Avropa Rusiya ilə Belarus arasındakı qaz mübahisəsinin əsiri olmamalıdır. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Xatırladaq ki, “Qazprom” həftənin birinci günündən borc səbəbi ilə Belarusa verilən qazı məhdudlaşdırmağa başlayıb. Həftənin ikinci günü artıq qazın təminatında 30% azalma olub. Və bundan sonra prezident Aleksandr Lukaşenko elan edib ki, Rusiyadan Avropaya verilən qazın tranzitini dayandırır.
“Biz hər iki tərəfdən problemin həll edilməsi üçün ədalətli əməkdaşlıq tələb edirik. Avropa Komissiyası gözləyir ki, Rusiyadan Avropa Birliyinə ötürülən qaz axını hər hansı maraqlı ölkə tərəfindən zərər çəkməməlidir. Və bununla bağlı mövcud olan müqavilədə öhdəliklər izləniləcək”. Bu fikirləri Avropa Komissarı Rusiyanın enerji naziri Serqey Şmatko və Belarusun baş nazirinin müavini Vladimir Semaşkla telefon danışığı zamanı deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: